7 C
Baku
Sunday, January 29, 2023

Ziraat Bank Azərbaycan hər zaman qazi və şəhid ailələrinin yanında!

®Sosial yönümlü layihələrin həyata keçirilməsində aktiv iştirak edən “Ziraat Bank Azərbaycan” ASC, Özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi ailələrinə müxtəlif sahələr üzrə sahibkarlıq fəaliyyətinə başlamaları məqsədilə dəstək olmağa davam edir. 

Bu dəfə Bank  proqram çərçivəsində İkinci Qarabağ müharibəsinin qazisini mebel kəsimi aparatı ilə, şəhid ailəsinin üzvünü isə un məmulatları istehsalı üçün lazımi avadanlıqlarla təmin etmiş və beləliklə də onlara fərdi təsərrüfatlarının təməlini qurmaları üçün  imkan yaratmışdır. 

Qeyd edilən Özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair memorandumun icrası çərçivəsində həyata keçirilir. Bank, proqramın 2022-ci ilə aid mərhələsini bitirərək daha əvvəl qeyd etdiyi kimi bu mərhələdə şəhid ailələri və qazilərin şəxsi bizneslərinin yaradılmasına dəstək verilməsini prioritet istiqamət olaraq  seçilməsini təsdiqləmişdir.

Bank tərəfindən bu günədək Bakı, Sumqayıt,  Salyan, Mingəçevir, Ağdam və digər bölgələrimizdə  yaşayan bir çox vətəndaşımıza öz şəxsi bizneslərinin qurulmasında  fərqli növ avadanlıqlarla təmin edərək dəstək olmuşdur.

 “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

2 9

Son xəbərlər
Digər xəbərlər
X