27 C
Baku
Saturday, July 27, 2024

“Ziraat Bank Azərbaycan” işçi heyətini bir qədər də böyütdü

“Ziraat Bank Azərbaycan” işçi heyətini artırıb.

Banker.az-ın xəbərinə görə, bu barədə bankın hesabatında deyilir.

31 dekabr 2019-cu il tarixinə bankın işçilərinin sayı 86 nəfər təşkil edib. 2018-ci ilin müvafiq dövründə isə “Ziraat Bank Azərbaycan”ın 66 işçisi olub. Belə ki, bir il ərzində bankın işçilərinin sayı 20 nəfər artıb.

Xatırladaq ki, “Zıraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin “Ziraat Bank”ına, 0,01%-i “Zıraat Sıgorta” şirkətinə, 0,01%-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər