24 C
Baku
Thursday, April 18, 2024

Ziraat Bank Azərbaycan vasitəsilə “AFAD”a ianə artıq eManat terminallarında da mövcuddur

Ziraat Bank Azərbaycan Türkiyədə baş vermiş güclü zəlzələdə zərər çəkən əhaliyə yardım etmək istəyənlərə dəstək üçün ianə kanallarını genişləndirməyə davam edir.

Artıq həmvətənlərimiz ianələrini Ziraat Bank Azərbaycan vasitəsi ilə eManat ödəniş terminallarından da AFAD (Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi) hesabına komissiyasız köçürə bilərlər.

Terminaldan ödənişi həyata keçirmək üçün yardım etmək istəyən şəxslər “Bank xidmətləri” bölümündən Ziraat Bank Azərbaycan pəncərəsini seçib, “Hüquqi şəxs” xanasına daxil olaraq, “Cari hesaba mədaxil” səhifəsinə keçid edərək, növbəti məlumatları və öz Ad, Soyadını əlavə etməlidir:

Müştəri kodu 0123440
VÖEN 8151065197

Nəzərinizə çatdırmaq istərdik ki, Ziraat Bank Azərbaycan həm filialları, həm də rəqəmsal platformaları vasitəsilə zəlzələdən zərər çəkənlər üçün köçürmələri fəlakətin baş verdiyi ilk gündən bəri komissiyasız və ƏDV-siz icra edir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər