27 C
Baku
Saturday, July 27, 2024

“Ziraat Bank Azərbaycan”ın bölüşdürülməmiş mənfəəti 20 mln. manata çatdı

“Ziraat Bank Azərbaycan” ASC 2020-ci ilin ilk yarısında 1.75 mln. manat xalis mənfəət etdiyini açıqlayıb.

Banker.az bu barədə bankın cari ilin II rübü üzrə maliyyə hesabatında deyilir.

Hesabatı analiz etdikdə məlum olur ki, bankın xalis mənfəətinin 1.14 mln. manatı sırf aprel-iyun, yəni ikinci rübü əhatə edən tarixdən əldə olunub.

“Ziraat Bank Azərbaycan” cari ilin ilk 6 ayı ərzində 8.49 mln. manatı faiz gəliri, 2.93 mln. manat faiz xərci edib ki, bu da bankın 4.8 mln. manat xalis faiz gəliri əldə etməsi ilə nəticələnib. Qeyd edək ki, ötən ilin analoji dövründə 4.67 mln. manat idi.

Bank cari ilin ilk 6 ayında 3.03 mln. manat qeyri-faiz gəliri,  4.7 mln. manat qeyri-faiz xərci çəkib ki, bu da 2.4 mln. manat əməliyyat mənfəəti etməsi deməkdir.

Bundan əlavə bank 1.08 mln. manat problemli aktivləri üzrə ayırmalar etdikdən sonra xalis mənfəəti 1.75 mln. manat təşkil edib.

Bu xalis mənfəətin ardından bankın bölüşdürülməmiş mənfəətinin həcmi 19.75 mln. manata yüksəlib.

Son xəbərlər
Digər xəbərlər