“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub

Rövşən İbrahimov

100% Türkiyə kapitallı “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə yeni təyinat olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, İdarə Heyətinə yeni üzv seçilmiş şəxs Rövşən İbrahimovdur.

R.İbrahimov Bank səhmdarlarının qərarı ilə 2020-ci ilin iyunundan etibarən bu vəzifəyə yüksəlib. O 2019-cu ilin mayından “Ziraat Bank Az.”da Əməliyyat departamentinin direktoru, ona qədər isə (2015-ci ildən) Kreditin ayrılması və monitorinqi departamentinin direktoru olub.

O, “Ziraat Bank Az.”na 2017-ci ilin sonu lisenziyası ləğv edilən “Dəmir Bank” ASC-dən gəlib.

Bu təyinatdan sonra “Ziraat Bank Az.”da sədrlə yanaşı iki üzv olacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları