15 C
Baku
Tuesday, April 16, 2024

Ziraat Bank Azərbaycanın İdarə Heyətində yeni təyinat

Dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun daxilində həyata keçirilən dövrü yerdəyişmələr ilə əlaqədar olaraq Ekrem Furat İdarə Heyətininin yeni üzvü seçilib. Həmçinin parallel olaraq Ahmet Kudret İşler Ziraat Bank Azərbaycandan ayrılaraq “T.C. Ziraat Bankası” A.Ş.-da yeni vəzifəyə təyin olunub.

Qeyd edək ki, Ekrem Furat 15 illik zəngin bank təcrübəsinə malikdir. O, peşəkar karyerasına 2007-ci ildə “T.C. Ziraat Bankası” A.Ş.-da başlayıb. 2008-2020-ci illər ərzində Kreditlərin Təhlili Departamentində müxtəlif vəzifələrdə çalışan Ekrem Furat, 2021-ci ildən filial rəhbəri vəzifəsində fəaliyyət göstərib. 26 fevral 2024-cü ildə Ziraat Bank Azərbaycana İdarə Heyəti Üzvü vəzifəsinə təyin edilib .

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın FacebookInstagramTwitterLinkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər