20 C
Baku
Cümə, Oktyabr 22, 2021

“Ziraat Bank Azərbaycan”ın kredit portfeli 37 mln. manat artıb – Maliyyə vəziyyəti açıqlandı

faizlere

“Ziraat Bank Azərbaycan” 2020-ci ilin birinci rübünü 612,16 min manat xalis nənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 959,22 min manat təşkil edib.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin yanvar-mart ayında “Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri 249 milyon 397 min manat olub ki, bu da 2019-cu ilin eyni dövrüylə müqayisədə aktivlərin 14% artması deməkdir. Bunun 146 milyon 826 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Belə ki, bankın kredit portfeli ötən ilə nisbətən bu il 34% artıb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri 17% artaraq 176,845 milyon manata çatıb, o cümlədən depozit portfeli 17% artaraq 86,622 milyon manat olub, cəmi kapitalı isə 5,4% artaraq 72,552 milyon manat təşkil edib. 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər