22 C
Baku
Thursday, September 29, 2022

Ziraat Bank Azərbaycanın sayca 7-ci olan “Səməd Vurğun” filialı fəaliyyətə başladı!

®Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun üzvü olan “Ziraat Bank Azərbaycan” ASC filial şəbəkəsini genişləndirməyə davam edir. 

Filialın açılışında bankın sədri Dr. Selçuk Demir çıxış edərək, filial şəbəkəsinin genişləndirilməsində əsas məqsədin ölkənin real sektoruna hərtərəfli dəstək olmaqla, artan müştəri bazasına daha da keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsi olduğunu bildirmişdir.

image 10 02 22 01 40 4

Bankdan təqdim edilən məlumata əsasən şəhərin mərkəzində – Səməd Vurğun küç., 53 (World Business Center-in 1-ci mərtəbəsi) ünvanında yerləşən Səməd Vurğun filialı müasirliyi və funksionallığı ilə yanaşı, digər filiallar kimi bankın “Bir Bankdan Daha Artıq” şüarına uyğun olaraq xidmət göstərəcəkdir. Ziraat Bank Azərbaycanın Səməd Vurğun filialı, istər hüquqi, istərsə də fiziki şəxslərə geniş çeşidli bank xidmətlərini göstərəcək. 

Filial həftəiçi hər gün saat 09:00-dan 17:00-dək müştərilərin xidmətində olacaqdır.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən bankın Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 7 filialı mövcuddur.

Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Oxşar xəbərlər