“Ziraat Bank Azərbaycan”nın aktivlərində “qəfil” kiçilmə

Türk kapitallı “Ziraat Bank Azərbaycan” ASC-nin cəmi aktivləri azalıb.

Banker.az bu barədə bankın 2018-ci ilin 3-cü rübünə dair maliyyə hesabatına istinadla xəbər verir.

Hesabata görə, cari ilin 2-ci rübündə aktivləri 6,3 faiz azalaraq 215,46 mln. manata düşüb ki, bunun da 133,46 mln. manatı xarici valyutadadır. Kredit portfeli 95,05 mln. manat təşkil edib ki, bunun da 61 mln. manata yaxını xarici valyuta ilə verilən kreditlərdir.

“Ziraat Bank Azərbaycan” 2018-ci ilin 3-cü rübünü depozitlərin də azalması ilə bitirib. Türk bankı 2018-ci ilin son 9 ayına depozit portfelin həcmini 87,46 manata salıb ki, bu da ötən rübdəkindən 6,8 mln. manat kiçilmə deməkdir. Maraqlı məqam isə Bankın xarici valyutadakı depozitlərinin isə əksinə yuvarlaq olaraq 70 mln. manatdan 75 manata artması ilə xarici valyutadakı öhdəliklərini kəskin artırmalı olub. Hazırda bankın cəmi öhdəlikləri 147,84 mln. manat təşkil edir.

Xatırladaq ki, bankın ümumi nizamnamə kapitalı 50 mln manat olmaqla səhmlərinin 99,98%-ə “T.C. Ziraat Bankası A.Ş” və hər bri 0,01% olmaqla Ziraat Sığorta A.Ş və Ziraat Yatırım Menkul Değerler A.Ş adlı Türkiyədə dövlət qeydiyyatına alınmış hüqqi şəxlər nəzarət edir.