16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

“Ziraat Bank Azərbaycan”nın xərcləri artdı, mənfəəti azaldı

faizlere

“Ziraat Bank Azərbaycan” ASC-nin xalis mənfəəti 35 faiz azalıb.

Banker.az xəbər verir ki, bu barədə bankın ilin ilk yarımilliyin olan maliyyə hesabatında deyilir.

Belə ki, 2018-ci ilin ilk 6 ayında bankın cəmi faiz gəlirləri artaraq 5,98 mln. manat təşkil etsə də faiz xərcləri isə əksinə ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə artaraq 2,11 mln. manat olub. Geridə qalan son 6 ay ərzində bankın qeyri faiz gəlirləri 2,57 mln manat, qeyri-faiz xərcləri isə artaraq 3,41 mln. manat təşkil edib. Qeyri-faiz xərclərinin artımına səbəb əmlak icarəsi və digər bu kimi xərclərin artımı olub.

Beləliklə, bank son 6 ayda əməliyyat gəlirləri cəmi 3 mln. tə.kil etməklə 1,65 mln. manatını aktivlər üzrı mümkün zərəri qarşılamaq üçün ehtiyyata ayrılıb və bank hesabat müddəti ərzində cəmi 1,14 mln. manata yaxın xalis mənfəət edib. Qeyd edək ki, bu ötən ilin müvafiq dövründə 1,74 mln. manat idi.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər