Türkiyə dövlət bankının Azərbaycandakı bankı “Ziraat Bank Azərbaycan” 2021-ci ildə öncəki illə müqayisədə kəskin böyük fərqlə xalis mənfəət əldə etdiyini açıqladı.
Banker.az xəbər verir ki, “Ziraat Bank Azərbaycan” 2021-ci ildə 25.33 milyon manat xalis mənfəət əldə etdi ki, bu da 2020-ci ildən 45% çoxdur.
Bankın faiz xərcləri 7.43 mln. manat, qeyri-faiz gəlirləri 8.18 milyon manat, qeyri-faiz xərcləri isə 13.4 milyon manat olmuş ki, bu da 9.03 milyon manatlıq əməliyyat mənfəətidir. Əməliyyat mənfəəti öncəki ildə cəmi 5.8 ilyon manat idi. Beləliklə, “Ziraat Bank Azərbaycan” ASC- 2021-ci ildə 7.03 milyon manatlıq xalis mənfəət əldə etdi.
Bankın aktivləri son ildə 298.96 milyon manatdan 388.07 milyon manata yüksəlib. Bank aktivlərinin mühüm hissəsi olan kredit portfeli 158.31 mln. manatdan 231.21 mln. manata qədər artım göstərib.
1 yanvar 2022-ci il tarixinə bankın depozit portfeli isə 210.15 mln. manat təşkil etmişdir.