4 C
Baku
Thursday, January 15, 2026

“Ziraat Bank Azərbaycan” 2025-ci ildə xalis mənfəətini 60%-dən çox artırıb

Türkiyə kapitallı “Ziraat Bank Azərbaycan” ASC 2025-ci ildə 23.25 mln. manat xalis mənfəət əldə edib ki, bu da 2024-cü illə müqayisədə 60% artım deməkdir. Halbuki, 2024-cü ildə bankın xalis mənfəəti 14.50 mln. manat idi.

Banker.az xəbər verir ki, Bankın gəlirləri də əhəmiyyətli şəkildə artıb.

Faiz gəlirləri 55% artaraq 84.43 mln. manata yüksəlib, faiz xərcləri isə 103% artaraq 36.59 mln. manat təşkil edib. Nəticədə bankın xalis faiz gəliri 31% artaraq 47.84 mln. manata çatıb.

Qeyri-faiz gəlirləri 28% artaraq 25.53 mln. manat, qeyri-faiz xərcləri isə 22% artaraq 29.27 mln. manat olub olub. Beləliklə, bankın əməliyyat mənfəəti son bir ildə 32.34 mln. manatdan 44.10 mln. manata yüksəlib.

“Ziraat Bank Azərbaycan” ASC-nin 2025-ci il üzrə balans hesabatına əsasən, bankın aktivləri 1 mlrd. 367.74 mln. manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 48% artım deməkdir. Nağd vəsaitlər və müxbir hesablar 49% azalaraq 49.55 mln. manata düşsə də, müştərilərə verilən kreditlər 45% artaraq 751.13 mln. manata yüksəlib.

Depozitlər əsas öhdəlik olaraq 682.70 mln. manata çatıb (2024: 565.65 mln. manat), banklar və digər maliyyə institutlarının depozitləri isə 162% artaraq 415.30 mln. manat olub.

Xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəət 80.98 mln. manata yüksəlib, bankın cəmi kapitalı 160.67 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər