Ziraat Bank Azərbaycan 2025-ci ilin üçüncü rübündə uğurlu nəticələr əldə edərək böyümə strategiyasını davam etdirib. Bankın maliyyə göstəriciləri, səmərəli idarəetmə və müştəri etimadına əsaslanan davamlı inkişaf dinamikasını bir daha nümayiş etdirir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə bankın depozit portfeli müsbət dinamika ilə 60% artaraq 986 milyon manatı keçib. Hüquqi şəxslərin müddətli depozitləri isə 142 milyon manatı ötüb.
Kredit portfeli də 64% artaraq 728 milyon manatı keçib. Qeyd olunmuş göstəricinin 671 milyon manatı biznes kreditlərinin payına düşür. Bu nəticə Ziraat Bank Azərbaycanın real sektora yönəlik kreditləşməni prioritet tutmasının bariz nümunəsidir.
Bankın əməliyyat səmərəliliyinin artması ilə xalis əməliyyat mənfəəti 25% artaraq 29 milyon manatı keçib.
Xalis faiz gəliri isə 18% artaraq 31 milyon manatı ötüb.
Ümumilikdə, Ziraat Bank Azərbaycanın xalis mənfəəti 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 63% artaraq 18 milyon 363 min manata çatıb. Bu, bankın maliyyə dayanıqlığının və strateji idarəetmənin effektivliyinin göstəricisidir.
Ziraat Bank Azərbaycanın cəmi aktivləri isə 1 milyard 234 milyon manata yüksəlib, bu da 53% artım deməkdir.
Ziraat Bank Azərbaycan bundan sonra da müasir texnologiyalara əsaslanan innovativ həllər və rəqəmsal xidmətlər vasitəsilə müştərilərin ehtiyaclarını qarşılamağa davam edəcəyini bildirib.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.