9 C
Baku
Thursday, December 12, 2024

Ziraat Bank Azərbaycan ABA tərəfindən iki nominasiya üzrə mükafatlandırılıb!

®Ziraat Bank Azərbaycan 2021-ci il üzrə göstərdiyi fəaliyyətə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafatlandırılıb. Ötən il ərzində ölkənin sosial-iqtisadi inkişafına, şəhid ailələri və qazilərə, xanım sahibkarlara verdiyi dəstək üçün bank “Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi elan edilib. Həmçinin il ərzində müxtəlif təhsil ocaqlarına verdiyi dəstəyə görə “Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə də qaliblərdən biri elan edilib. 

Qeyd edək ki, “Bankçılıq Mükafatları” tədbiri Azərbaycan Banklar Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində bankların  fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir. 

 “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər