1 C
Baku
Saturday, December 14, 2024

“Ziraat Bank Azərbaycan” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv oldu

“Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti 15 May 2015-ci il tarixdən Əmanətlərin Sığortalanması Fonduna üzv oldu. Bununla da Fonda üzv olan bankların sayı 44-ə çatdı.

Əmanətlərin Sığortalanması Fonduna üzv olan hər bir banka Fondun şəhadətnaməsi verilir və bu “Şəhadətnamə”lər banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki,24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.
Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

Məlumat üçün bildiririk ki,Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.

Son xəbərlər
Digər xəbərlər