12 C
Baku
Saturday, November 23, 2024

“Ziraat Bank Azərbaycan” ASC-nin daha bir yeni filialı-Azadlıq filialı fəaliyyətə başladı!

“Ziraat Bank Azərbaycan” ASC  09.04.2021 tarixində 6-cı filialının açılışını Bakı şəhərində həyata keçirib. Məlumat üçün bildiririk ki, “Ziraat Bank Azərbaycan” ASC-nin öncəki Əhməd Rəcəbli filialı 2020-ci ilin Noyabr ayında fəaliyyətə başlamışdı. Bank həyata keçirdiyi aktiv sosial layihələri, inkişaf etdirdiyi rəqəmsal bankçılığı, diqqət çəkən kampaniyaları ilə yanaşı filial şəbəkəsini də genişləndirməyə davam edir. Filialın açılmasında əsas məqsəd ölkənin iqtisadi inkişafına hərtərəfli dəstək olmaqla birlikdə, artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərməkdir.

Qeyd edək ki, Bank sayca altıncı filialını Nəsimi rayonu Azadlıq küçəsində açaraq bankın xidmətlərini müştərilər üçün daha da əlçatan etmişdir.

“Ziraat Bank Azərbaycan” ASC-nin “Azadlıq” filialının müştərilərə xeyirli olmasını diləyirik.

Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən  filial sayı 6-ya çatmışdır. Bundan əlavə, 2021-ci ilin sonuna filial sayının 10-a qədər artırılması planlaşdırılır.

Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər