6 C
Baku
Saturday, December 14, 2024

“Ziraat Bank Azərbaycan” ASC yeniləndi və inkişaf edir!®

Azərbaycanda fəaliyyət göstərən və dünyanın ən nüfuslu təşkilatlarından biri olan Ziraat Maliyyə Qrupunun iştirakcısı Ziraat Bank Azərbaycan ASC www.ziraatbank.az ünvanında yerləşən rəsmi veb-saytını yeni versiyada istifadəyə verdi. Yeni sayt beynəlxalq standartlara uyğun olaraq hazırlanmış, məzmununa görə daha geniş, optimallaşdırılmış və istifadədə maksimum rahatdır.

 Veb-saytın yeni versiyası 3 dildə (Azərbaycan,Türk,İngilis) hazırlanaraq, müştərilərlə əlaqənin daha peşəkar və rahat olması əsas meyar kimi seçilmişdir. Bankın əsas müştəri seqmentini korporativ müştərilər təşkil etsə də, yeni veb-sayt həm korporativ həm də fərdi müştərilərin istifadəsi üçün nəzərdə tutulmuş və təklif olunan bütün məhsul və xidmətlər üzrə dolğun informasiyanı özündə əks etdirməkdədir.

Bankın müştəriləri saytda “İnternet bank” xidmətindən yararlana, son yeniliklərlə, Bankın maliyyə göstəriciləri ilə, cari tarix  olan valyuta  məzənnələri ilə və s. məlumatlarla tanış ola bilərlər. Rahat mobil versiya həmçinin, istifadəçilərə mobil qurğular vasitəsilə yeni saytın üstünlüklərindən yararlanmaq imkanını verir.

Bundan əlavə Bank 2020-2021-ci illər üçün əsas prioritet olaraq böyüməyi,rəqəmsallaşmayı və inkişafı nəzərdə tutan  planının başladığını və artıq müəyyən işlərin bitdiyini bildirmişdir.

Rəqəmsal Bankçılığın inkişafı !

Xidmətlərin rəqəmsallaşması, nağdsız ödənişlərə keçid prosesinin sürətləndirilməsi məqsədi ilə Bank mövcud İnternet Bankçılığını yeni formatda,daha mükəmməl şəkildə müştərilərə bu il təqdim etmək üçün işlərin tamamlanmasına, əlavə olaraq Bankın yeni, dünya standartlarına cavab verən, əlverişli, rahat, geniş imkanlara və gözə xoş dizayna sahib mobil tətbiqinin də müştərilərə təqdim edilməsinə çox az qaldığını bildirmişdir.

Filialların sayı artır və bank böyüyür!

156 illik tarixə malik Ziraat Bank şəbəkəsi bu illər ərzində müştərilərə keyfiyyətli xidmət göstərmək, həmçinin müştərilərin etibarını doğrultmaq və dünya üzrə böyümək Bankın əsas hədəflərindəndir.”Ziraat Bank Azərbaycan” ASC 2021-ci ilin sonuna qədər filial şəbəkəsini 3 dəfəyə yaxın artırmaq niyyətindədir. Belə ki, bu yaxınlarda istifadəyə veriləcək olan yeni  filialın artıq tam hazır olduğu və bu il açılacaq olan iki yeni filialın isə təmir işlərinin devam etdiyi  bizə məlum olmuşdur.

Bazara yeni məhsullar və xidmətlər təqdim edəcək!

Ölkə prezidentinin bildirdiyi kimi, ölkə iqtisadiyyatının inkişafı sahibkarlığın inkişafından başlayır. Bank bu timsalda müştərilərə A.R Sahibkarlığın İnkişafı Fondunun, A.R İpoteka və Kredit Zəmanət Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə imzalanan yeni müqavilə əsasında dövlət hesabına verilən güzəştli kreditlər, əlavə olaraq türk istehsalı olan malları Türkiyədən  idxal edən sahibkarlara Türkiyə Eximbank ile əməkdaşlığı çərçivəsində güzəştli kreditlər  təklif edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Ziraat Bank arasında imzalanan memorandum əsasən sahibkarlar, agentlik və Bank arasında sıx biznes əlaqələrinin qurulacağı, idxal və ixrac əməliyyatlarında sahibkarlara xüsusi dəstək göstəriləcəyi vacib nüasn olaraq vurğulanmışdır.

Bunlardan əlavə sahibkarlar üçün nəzərdə tutulmuş, ölkəmiz üçün bir ilk olacaq Birbaşa Borçlanma Sistemi (BBS), fiziki və hüquqi şəxlər üçün isə yeni deposit məhsulunun, əlavə olaraq startuplar və ixracat əməliyyatları ilə məşğul olan sahibkarlar üçün paketlərinin hazır olduğunu bu yaxın günlərdə istifadəyə veriləcəyini bildirmişdir. 

Öz çalışanlarının inkişaf planı!

Bankdan əldə etdiyinmiz məlumata görə, Ziraat Bank əməkdaşlarının inkişafına xüsusi maraq göstərməkdədir. Belə ki, cari il ərzində bank əməkdaşlarının hamısı xarici ölkələrə təlimlərə göndərilmiş və xarici təcrübəni mənimsəmişdirlər. İnkişaf planında Bankın xaricdəki təlimlər və yerli,xaricdən dəvət olunan təlimçilər xüsusi yer tutmaqdadır.

Pandemiya zamanı banklar arasında sahibkarlara və fərdi şəxslərə ən çevik reaskiya verən banklardan biri olan Ziraat Bank, inkişaf planından əlavə olaraq Azərbaycanın sosial-iqtisadi inkişafına daim müsbət maraq və ölkə prezidentimizin apardığı siyasətə daim dəstək göstərərək fəaliyyətini dəvam etdirməkdədir. Biz Birlikdə Güclüyük!

Ziraat Bank Azərbaycan ASC

Bir Bankdan Daha Artıq! 

Son xəbərlər
Digər xəbərlər