12 C
Baku
Saturday, November 23, 2024

Ziraat Bank Azərbaycan böyüməyə davam edir

Ziraat Bank Azərbaycan 2022-ci ilin 3-cü rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən 9 aylıq müddət ərzində bankın xalis mənfəəti 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə  58%-dən çox artaraq 6 mln. manatı keçmişdir. 

Təqdim edilən maliyyə nəticələrinə görə bankın cəmi aktivləri də ilin sonundan bu günədək 12.3% artaraq 436 mln manata çatmışdır. Bankın cəmi kapitalı isə ötən ilin sonundan 27% artaraq 104 mln manatı keçmişdir. 

3-cü rübün maliyyə hesabatının göstəriciləri bankın istər hüquqi, istərsə də fiziki şəxslərin etimadını qazanmağa davam etdiyini isbat edir. Göstəricilərə əsasən fiziki və hüquqi şəxslərin müddətli depozit portfelində 34%-ə yaxın artım müşahidə edilir.  

Bankın kredit portfelində də rüb ərzində kifayət qədər müşahidə edilmişdir. Belə ki, kredit portfeli ötən ilin sonundan 29.7% artaraq 300 mln manata yaxınlaşmışdır. Qeyd edək ki, artmış portfelin əsas hissəsini biznes kreditləri təşkil edir.

Ziraat Bank Azərbaycanın həm faiz, həm də qeyri-faiz gəlirlərində də ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis faiz gəlirləri 50.72% artaraq 15 mln manatı, qeyri-faiz gəlirləri isə 84.37% artaraq 9 mln manatı keçmişdir. 

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülmüşdür. 

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər