10 C
Baku
Tuesday, November 5, 2024

“Ziraat Bank Azərbaycan” da AniPay-ə qoşuldu

İnteqrasiya işləri nəticəsində “Ziraat Bank Azərbaycan” ASC-nin mobil və internet bankçılıq xidmətləri sırasına Ani Ödənişlər Sisteminin (AÖS) ilə köçürmə etmək imkanı əlavə edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bu funksionalın yaradılması nəticəsində “Ziraat Bank Azərbaycan” ASC-nin hüquqi və fiziki şəxs müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya digər sadələşdirilmiş identifikatorlar vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanına malik olmuşlar.

Eyni zamanda, bu kanallar vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirən istifadəçilər “Ziraat Bank Azərbaycan” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə, şəxsiyyət vəsiqəsinin FİN kodu və ya digər sadələşdirilmiş identifikatorlar vasitəsilə köçürmələr qəbul edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər