12 C
Baku
Friday, November 28, 2025

“Ziraat Bank Azərbaycan” fəaliyyətə başlayıb

“Ziraat Bank Azərbaycan” ASC fəaliyyətə başlayıb.

“Ziraat Bank Azərbaycan” – dan verilən məlumata görə, 50 mln. manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan bank ilkin mərhələdə “İçərişəhər” filialı vasitəsilə xidmət göstərəcək.

Bankın fəaliyyəti ölkə iqtisadiyyatının və ölkələr arasındakı xarici ticarətin inkişafı ilə iqtisadi əlaqələrin güclənməsində mühüm rol oynamağa yönələcək.

Qeyd edək ki, Azərbaycandan başqa, Almaniya, Bosniya və Hersoqovina, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistanda da fəaliyyət göstərən “Ziraat Bankası” xarici şöbə və filialları ilə birlikdə 18 ölkədə, 90-dan çox nöqtədə müştərilərə xidmət edir.

APA

Son xəbərlər
Digər xəbərlər