15 C
Baku
Friday, April 26, 2024

“Ziraat Bank Azərbaycan” hərtərəfli böyüdü

“Ziraat Bank Azərbaycan” 2017-ci ilin 3-cü rübünü 3,15 mln. manat mənfəətlə tamamlayıb.

Banker.az bu barədə bankın maliyyə göstəricilərinə istinadən yazır.

Məlumata görə, hesabat dövründə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 3-cü rübdə 16,7 mln. manat artaraq 167,8 mln. manata yaxın olub. Bankın cəmi kapitalı da 4% artaraq hesabat dövründə 64,3 mln. manat olub.

Bankın kredit portfeli və depozit fortfeli artıb

Cari ilin ilk rübü ilə müqayisədə 3-cü rüb kredit portfeli 28%-ə yaxın böyüyərək 70,2 mln. manata yaxın olub. Bu portfelin də 100%-ni xalis kreditlər təşkil edir.

Depozit portfeli ilin ilk rübündə 48 mln manat olduğu halda 9 ayın sonund artaraq 61,2 mln. manatı ötüb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər