“Ziraat Bank Azərbaycan” ASC bu ilin 1-ci rübünü 3 milyon 572 min manat xalis mənfəət ilə başa vurub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
“Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri hesabat dövründə 13 milyon 917 min manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 19% artım, qeyri-faiz gəlirləri isə 5 milyon 31 min manat olub ki, bu da illik müqayisədə 39.4% artımdır.
Hesabat dövründə bankın cəmi aktivləri 909 milyon 242 min manat olub. O cümlədən müştərilərə verilmiş kreditlər 8.5% artaraq 574 milyon 721 min manat təşkil edib.
Cari ilin aprel ayının 1-nə “Ziraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri 787 milyon 590 min manatdan 771 milyon 308 min manata düşüb, cəmi kapitalı isə 133 milyon 536 min manatdan 137 milyon 934 min manata çatıb.