12 C
Baku
Saturday, November 23, 2024

Ziraat Bank Azərbaycan sahibkarlara ayrılan güzəştli biznes kreditlərinin məbləğinə görə banklar arasında 3-cü oldu

®Ziraat Bank Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına rəsmiləşdirilən kreditlərin məbləğinə görə ən çox kredit verən bankların siyahısındadır. 

Hər zaman real sektorun inkişafına böyük önəm verən Ziraat Bank Azərbaycan 2021-ci il 1 yanvar-1 oktyabr tarixləri üzrə Sahibkarlığın İnkişafı fondunun xətti ilə müştərilərə təqdim edilən kreditlərin məbləğinə görə banklar arasında 3-cü olub. 

Sahibkarlığın İnkişafı Fondu tərəfindən paylaşılan məlumata əsasən Ziraat Bank Azərbaycan 2021-ci ilin əvvəlindən oktyabr ayının 1-dək toplam olaraq 8 milyon 450  min manat kredit sahibkarlara təqdim etmişdir.  

Qeyd edək ki, Ziraat Bank Azərbaycan Sahibkarlığın İnkişafı Fondu ilə 2018-ci ildən etibarən əməkdaşlıq edir. Əməkdaşlıq dövrü ərzində bank tərəfindən fondun xətti ilə  25 milyon manatdan artıq məbləğdə sahibkarlara kredit təqdim edilmişdir. 

 Ziraat Bank Azərbaycan Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını hazırda da davam etdirir.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxil olan Bank olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur. 

Bankın məhsul, xidmət və təklifləri haqqında daha ətraflı məlumatı ziraatbank.az veb səhifəsi, Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər