8 C
Baku
Thursday, December 12, 2024

Ziraat Bank Azərbaycan Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən layihə həyata keçirir

®Fəaliyyətində daima sosial yönümlü layihələrə önəm verən  Ziraat Bank Azərbaycan Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən, eşitmə və nitq  məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyasına  dəstək  məqsədilə “Bərabərlik dünyamızı birlikdə yaradaq” lozunqu altında layihəyə start verib. 

Ümummilli lider Heydər Əliyev əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğısı ilə daima yüksək humanizm nümunəsi olub. Əlilliyi olan insanların ictimai həyatın bütün sahələrində iştirak etməsi üçün bərabər imkanlara malik olması, onların öz fərdi əmək qabiliyyətlərinə və maraqlarına uyğun dolğun həyat sürməsi Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən sosial strategiyanın daim başlıca hədəfi olub. 

Ümummilli liderin bu hədəfinin gerçəkləşdirilməsi məqsədilə Ziraat Bank Azərbaycan da əməkdaşlarına işarət dili təliminin keçirilməsinə başlayıb. 

Təlimin məqsədi eşitmə və nitq məhdudiyyəti olan şəxslərin Bank xidmətlərindən rahat şəkildə yararlanmaları, maneəsiz informasiya əldə etmələri üçün şəraitin yaradılmasıdır. Təlimdən əldə edilən biliklərlə Bank əməkdaşları eşitmə və nitq məhdudiyyəti olan müştərilərlə səssiz ünsiyyət quraraq Bankın məhsul və xidmətlərindən yararlanmalarına və bank əməliyyatlarını rahat şəkildə icra etmələrinə  dəstək olacaqlar.

Qeyd edək ki, Ziraat Bank Azərbaycan  bu təlim proqramını  DanceAbility Azerbaijan Performans Şirkəti  və Səssiz Ünsiyyət – JDİD İctimai Birliyi ilə birgə təşkil edir. Təlim yalnızca filial əməkdaşları üçün deyil, Bankın bütün departamentlərində fəaliyyət göstərən əməkdaşları üçün həyata keçirilir. 

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

 

Son xəbərlər
Digər xəbərlər