12 C
Baku
Saturday, November 23, 2024

Ziraat Bank Azərbaycan xarici valyutada olan kartları üçün yeni imkanlar yaratdı

®Ziraat Bank Azərbaycan xarici valyutada “Bankkart”ın balansını banka gəlmədən terminal vasitəsi ilə artımı üçün imkan yaradıb. Belə ki müştərilər artıq istər türk lirəsi, istər usd, istərsə də avro valyutasında olan “Bankkart”ın balansını  banka gəlmədən  eManat terminalı vasitəsi ilə artıra bilərlər. Daha öncə bu imkan yalnız mobil tətbiq vasitəsi ilə nağdsız qaydada mümkün idi. 

 Qeyd edək ki, kart sifarişi etmək istəyən şəxslər də bankın filiallarına yaxınlaşmadan, bunu icra edə bilərlər. Bunun üçün sadəcə bankın saytına daxil olaraq “Onlayn Sifarişlər” bölümündə onlayn kart sifarişini seçib, müvafiq anketi doldurmaq və onlayn ödənişi icra etmək kifayətdir. Onlayn kart sifarişi türk lirəsi valyutasında olan “Bankkart” üçün də mümkündür. Qeyd edək türk lirəsi valyutasında “Bankkart”  yalnız Ziraat Bank Azərbaycanda mövcuddur və hazırda VISA Classic növündə 1, 2 və 3 illik olmaqla müştərilərə təqdim edilir. Onlayn kart sifarişi adi qaydada 3 iş günü, təcili sifarişlə isə 1 iş günü ərzində hazır olaraq istifadəyə təqdim edilir. Onlayn kart sifarişi növbəti linka keçid alaraq icra edilə bilər: https://bit.ly/3lYqO4o

 “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

 

Son xəbərlər
Digər xəbərlər