“Ziraat Bank Azərbaycan” ASC-də yeni Maliyyə direktoru təyin edilib.
Banker.az xəbər verir ki, bu, Elşən Məmmədovdur. O, bu vəzifədə Elmir Həsənlini əvəz edib.
O, 2023-cü ilin martından 2024-cü ilin avqustuna qədər “Çinar Park” biznes mərkəzinin maliyyə direktoru kimi çalışırdı.
Buna qədər isə E.Məmmədov 14 ildən çox Türkiyə kapitallı “Yapı Kredi Bank Azərbaycan” QSC-də çalışıb. Elşən Məmmədov, bu bankda Maliyyə Hesabatları və İş Təkmilləşdirilməsi departamentinin müdir müavini olub.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65.5 milyon manatdır. Bankın səhmlərinin 99.98 %-i Türkiyənin “Ziraat Bank”ına, 0.01 %-i “Zıraat Teknolojı” şirkətinə, 0.01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur