Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Ziraat Bank Azərbaycan” ASC-nin 30 milyon manatlıq istiqrazlarının 15 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının ilk tranşının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Bu barədə Banker.az-a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 150 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdirilib. İstiqrazlara 125 investor 60 milyon 656,5 min manatlıq 144 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirikəti” QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.







