10 C
Baku
Wednesday, December 11, 2024

“Ziraat Bank Azərbaycan”ın gəlirləri kəskin artıb, böyüyüb

“Ziraat Bank Azərbaycan” ASC bu ilin II rübünü 3 milyon 811 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 1 milyon 918 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir

Yanvar-iyun aylarında “Ziraat Bank Azərbaycan”ın gəlirləri 20 milyon 772 min manat (illik müqayisədə 40% çox), xərcləri 10 milyon 753 min manat (6% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 440 milyon 849 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 13.5% çoxdur. Bunun 288 milyon 924 min manatı müştərilərə verilmiş kreditlərdir.

Hesabat dövründə “Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 11% artaraq 338 milyon 466 min manata, o cümlədən depozit portfeli 8.5% artaraq 228 milyon 28 min manata, balans kapitalı isə 24.3% artaraq 102 milyon 384 min manata çatıb.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99.98 %-i Türkiyənin “Ziraat Bank”ına, 0,01 %-i Ziraat Teknoloji ASC  şirkətinə, 0.01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.

z1 z2

z3 z4 z5

Son xəbərlər
Digər xəbərlər