7 C
Baku
Thursday, November 7, 2024

“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub

Dünyanın 19 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub.

Ömer Yılmaz bank karyerasındakı fəaliyyətinə 2006-ci ildə T.C. Ziraat Bankasında kiçik mütəxəssis kimi başlayıb. İş dövrü ərzində T.C. Ziraat Bankası A.Ş.-nin bir çox mühüm filiallarında müdir vəzifəsində çalışan Yılmaz zəngin bank təcrübəsinə malikdir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın InstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər