22 C
Baku
Thursday, May 2, 2024

Ziraat Bank Azərbaycanın Müşahidə Şurasında yeni təyinat

Dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni təyinat olub. Dövri yerdəyişmə planına uyğun olaraq “Ziraat Bank Azərbaycan” ASC-in Müşahidə Şurasının sədri Dr. İlker Met öz vəzifəsini Himmet Aksoy cənablarına təhvil vermişdir. 

Himmet Aksoy peşəkar karyerasına 1999-cu ildən T.C. Ziraat Bankası A.Ş.-də başlayıb. Uzun illər bankın müxtəlif departamentlərinə rəhbərlik etmiş cənab Aksoy, hazırda T.C. Ziraat Bankası A.Ş-in  Daxili Əməliyyatlar blokuna rəhbərlik edir və bank sahəsində zəngin təcrübəyə malikdir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər