15 C
Baku
Saturday, April 20, 2024

“Ziraat Bank Azərbaycan”ın ödənişləri artıq eManat terminallarında!®

“Ziraat Bank Azərbaycan” müştəriləri artıq eManat terminalları vasitəsilə AZN valyutasında olan kartlarının və cari hesablarının balansını artıra bilərlər. 

Əməliyyatı həyata keçirmək üçün “Bank xidmətləri” səhifəsinə keçid almaq və aşağıda göstərilən  məlumatları müvafiq xanalara daxil etmək lazımdır.

  • Fiziki şəxs hesabları üzrə əməliyyatlar aparmaq üçün:

 Müştəri Kodu (Mono nömrəsi) və şəxsiyyət vəsiqəsinin FİN kodu

  • Hüquqi şəxs və sahibkar hesabları üzərindən əməliyyatlar üçün:

Müştəri Kodu (Mono nömrəsi) və VÖEN 

Məlumat üçün bildiririk ki, ödənişlər hesabda dərhal əks olunur və hər əməliyyatın minimal limiti 1.00(bir) manat, maksimal limiti isə 10.000.00 (on min) manat təşkil edir. 

Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər