10 C
Baku
Monday, November 18, 2024

Ziraat Bank Azərbaycanın xalis mənfəəti 2 dəfədən çox artıb

Ziraat Bank Azərbaycan 2022-ci ilin 2-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən bank xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıraraq 3.8 mln manata çatdırmışdır.

Təqdim edilən maliyyə nəticələrinə görə bankın cəmi aktivləri də ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 % artaraq 44 mln manatı keçib. Bankın cəmi kapitalı isə ötən ilin sonundan 19 mln 985 min manat artaraq 102 mln manatı keçmişdir. 

2-ci rübün maliyyə hesabatına əsasən bankın kredit portfelində də ciddi artım müşahidə edilib. Belə ki, müştərilərə təqdim edilən kreditlərinin ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 67% artaraq 289 mln manata çatmışdır. Bank həmçinin hüquqi şəxslərin etimadını da qazanmağa davam edir. Belə ki, hüquqi şəxslərin müddətli depozit portfeli də ötən ilin 2-ci rübü ilə müqayisədə 62% artaraq 40 mln manatı ötmüşdür. 

Qeyd edək ki, Ziraat Bank Azərbaycanın həm faiz, həm də qeyri-faiz gəlirlərində də ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 26.5% artaraq 14 mln manatı, qeyri-faiz gəlirləri isə 89% artaraq 6 mln manatı keçmişdir. 

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank xarici ticarət istiqamətində göstərdiyi xidmətə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına layiq görülüb. 

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

 

Son xəbərlər
Digər xəbərlər