18 C
Baku
Tuesday, April 23, 2024

“Ziraat Bank Azərbaycan”nın əməliyyat mənfəəti azalıb

Türkiyə “Ziraat Banka”sının Azərbaycandakı törəmə bankı “Ziraat Bank Azərbaycan” ASC-nin 2019-cu ilin ilk 9 ayı üzrə xalis mənfəəti 3 mln. manatı ötüb.

Banker.az bu barədə bankın 30.09.2019-cu il tarixinə olan rüblük hesabatına istinadən xəbər verir.

 Hesabat dövründə faiz gəlirləri 13,02 mln. manat, faiz xərcləri 3,5 mln. manat, qeyri-faiz gəlirləri 2,76 mln. manat və qeyri-faiz xərcləri 5,97 mln. manat təşkil edib ki, nəticədə bankın əməliyyat mənfəəti 3,94  mln. manat təşkil edib. Halbuki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalma olması deməkdir.

Bankın 0,84 mln. manat problemli kreditlər üzrə ehtiyatlara ayrılma olub və bankın ilin 3 rübü üzrə xalis mənfəəti 3,01 mln. manata yaxın olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər