“Ziraat Bank Azərbaycan”ın mənfəəti azalıb.
Banker.az xəbər verir ki, bu barədə “Baker Tilly Azerbaijan”nın “Ziraat Bank Azərbaycan” üçün apardığı 2017-ci ilin audit hesabatında deyilir.
Hesabata görə, ötən ilin 4 rübü ərzində “Ziraat Bank”ın cəmi gəlirləri hesabat dövründən əvvəli illə müqayisədə 52% artaraq 13,38 mln. manat təşkil edib. Lakin, Bankın xərcləri də 2 dəfədən çox artaraq 3,2 mln. manat təşkil edib. Beləliklə, ili 80,16 mln. manat təşkil edib ki, bu da 2016-cı illə müqyisədə 32% daha az olması deməkdir. İl üzrə mənfəət vergisi xərci 1.007 mln. manat təşkil edib.
Balansı
“Ziraat Bank Azərbaycan”nın cəmi aktivləri 41% artaraq 184,5 mln. manat təşkil edib. Cəmi aktivlərin 67,19 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Kreditlərin 59,24 mln manatı korparativ kreditlər təşkil edir.
Bank 3 ildir Azərbaycanda fəaliyyətə başladığından vaxtı keçmiş kreditlər hələ ki müşayət olunmur.
“Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlərə əsasən təminatlı kreditlər daxildir. Təminatın ədalətli dəyəri gecikdirilmiş faiz ödənişləri və əsas məbləğin ödənilməsinə kifayət edir. Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kimi göstərilən məbləğlər kreditin yalnız ayrı-ayrı ödənişlərinin vaxtı keçmiş məbləğini deyil, bu cür kreditlərin bütöv qalığını əks etdirir.” -deyə hesabatda qeyd kimi bildirilir.
Bankın cəmi öhdəlikləri 121,21 mln. manat təşkil edib ki, bu da ötən illə müqayisə də 70% artması deməkdir. Öhdəliklərinin 85 manatı ABŞ dollarında, 33,44 mln manatı isə Azərbaycan manatdıdadır. Cəmi öhdəliklərinin 91 mln. manatı müştərilərin bankdakı hesablarıdır. Bunun da 37,34 mln. manatı fiziki şəxslərdən cəlb olunan müddətli depozitlərdir.
Bankın cəmi kapitalı 63,29 mln. manat təşkil edir ki, bunun 13,29 mln. manatı bölüşdürülməmiş mənfəət, və 50 mln manatı nizamnamə kapitalıdır. Bankın cəmi məcmu kapitalı isə 2018-ci il 1 yanvar tarixinə 62,95 mln. manat təşkil edir.