“Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin yanvar-mart aylarına ötən ilki “mənfəət uğurunu” bu il təkrar edə bilməyib və bu müddət ərzində xalis mənfəəti 959 min manat ərtafında olub.
Banker.az xəbər verir ki, bu barədə Bankın 2019-cu ilin ilk maliyyə rüblüyü hesabatında deyilir.
Hesabat müdəti ərzində “Ziraat Bank Azərbaycan”nın cəmi gəliri 4,45 mln. manat, cəmi faiz xərci 1,14 mln. manat, qeyri-faiz gəliri 693 min manat və qeyri-faiz xərci isə 1,7 mln. manat təşkil edib ki, bu da rübün sonuna bankın 1,91 mln. manatllıq əməliyyat mənfəət etməsi deməkdir. Ötən il isə əməliyyat mənfəəti 1,97 mln. manat ətrafında təşkil etmişdi, bu da ötən illə müqayisədə azalma olması deməkdir.
Bundan əlavə “Ziraat Bank Azərbaycan”ın 951 min manatlıq aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaların hesabına da xalis gəlir ötən ilkindən 43% daha az olmasına gətirib çıxarıb. Qeyd kimi bildirək ki, ötən ilin müvafiq dövründə xalis mənfəəti 1,69 mln. manat idi.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin “T.C. Ziraat Bankı”nın Azərbaycanda törəmə qurumudur.








