Ziraat Bank Güvəncəsi ilə Depozitlərə Yüksək Faiz!®

Türkiyənin 156 illik tarixə malik dövlət bankı olan Ziraat Bankın Azərbaycandakı törəməsi “Ziraat Bank Azərbaycan” ASC yeni depozitlər üçün kampaniyaya start verdi.

Kampaniya müddətində AZN valyutasında 12 aydan 36 aya qədər Banka depozit yerləşdirən fiziki şəxslərə illik 10% olmaqla yüksək faizli şərtlər təklif edilməkdədir. Belə ki, tarix boyu daim müştərilərin etibarını hər şeydən üstün tutan və müştəri məmnuniyyətinə önəm verən Ziraat Bank kampaniya müddətində yeni depozit yerləşdirən müştərilərə əlavə olaraq 12 aylıq depozit qutusundan istifadə etdikləri təqdirdə ilk 3 ayı pulsuz təklif edir.

Kampaniya müddəti 20.05.2020 – 20.06.2020 tarixlərini əhatə edir.

Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.