Ziraat Bank tərəfindən xüsusi karantin rejimində biznes müştərilərinə daha bir güzəşt təqdim edilir. COVID-19 pandemiyası ilə əlaqədar olaraq, sahibkarlara dəstək məqsədi ilə “Ziraat Bank Azərbaycan” ASC Mərkəzi Bank tərəfindən bildirilən tələblərə uyğun gələn sahibkarlıq subyektlərinin ( Pos Terminal və Elektron Kommersiya partnyorları) ödəniş kartları ilə ödənişlərinin qəbulu zamanı xərclərinin 30 Sentyabr 2020-ci il tarixinə qədər 50 %-dək güzəşt edilməsini qərara almışdır.
Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırılması planlaşdırılır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az