20 C
Baku
Saturday, October 12, 2024

“Zıraat Bankı” Azərbaycanda planlarını açıqladı

Bir qədər əvvəl Mərkəzi Bankdan lisenziya almış Türkiyənin “Zıraat Bankası Azərbaycan” təxminən 6 aydan sonra iyun-iyul aylarında fəaliyyətə başlamağı planlaşdırır. Bu barədə fins.az-a “Zıraat Bankası”ndan bildirilib.

İşə başlamağa hazırlaşırlar

Məlumata görə, hazırda Azərbaycandakı nümayəndəliyin fəaliyyətə başlaması üçün texniki işlər görülür, proqram təminatı, informasiya sistemləri hazırlanır. “Zıraat Azərbaycan” 50 milyon manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq. Tədricən bu rəqəmin 80-100 milyon manata çatdırılması nəzərdə tutulub. «Ziraat Banka»sı Azərbaycanda maraq göstərəcəyi sahələri də açıqlayıb.

Üstünlüyü biznes kreditlərinə verəcək

Məlumata görə, əsas üstünlük biznes kreditlərinə veriləcək: “Bizim bank fərdi kreditlərin verilməsindən çox, korporativ müştərilərlə işləməyə üstünlük verəcək. Əsas missiyamız kənd təsərrüfatının maliyyələşdirilməsi olduğundan başda aqrar sektor olmaqla qeyri-neft sektorunda fəaliyyət göstərən, idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlara kreditlər verməyi planlaşdırırıq” – deyə bankdan bildirilib. “Zıraat Azərbaycan” ölkədə 10 filialını açmağı planlaşdırır. Bu filialların 5-i Bakıda, 5-ci isə bölgələrdə olacaq.

Kredit verilməsi avtomatlaşacaq

“Zıraat Bankası Azərbaycan” ölkənin bank sektoruna bəzi yeniliklər gətirməyi planlaşdırır. Bankdan bildirilib ki, müştərilərlə iş rejimini maksimum dərəcədə avtomatlaşdırmağı planlaşdırır: “Biz çalışacağıq ki, müştərilərdən kreditlə bağlı müracətlərin qəbulu, onlara kredit verilməsi prosesində əl əməyindən maksimum az istifadə olunsun. Bu işlər daha çox internet üzərindən həyata keçirilsin”.

152 illik tarixə malikdir

Xatırladaq ki, “Zıraat Bankası” Türkiyənin 152 illik tarixə malik ən böyük bankıdır. Bankın 1500-ə qədər filialı, 30 minə qədər işçisi var.

Son xəbərlər
Digər xəbərlər