8 C
Baku
Friday, December 13, 2024

“Ziraat Yatırım” şirkəti “Petkim”in dəyərini 9% artırıb

“Ziraat Yatırım” investisiya şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “Petkim (PetroKimya) Holding A.Ş.” ilə bağlı hesabat yayıb.

Agentliyin Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Ziraat Yatırım” şirkətin səhmlərinin bazar dəyərini 3,49 Türkiyə lirəsindən (TRY) 3,85-ə, “Petkim”in təxmini dəyərini isə bazardakı dəyişikliklərlə əlaqədar olaraq 5 237 mln. lirədən 9,2% artaraq 5 770 mln. lirəyə yüksəldib.

Eyni zamanda qeyd olunub ki, “Petkim”in ötən ilin sonuncu rübündə 122,6 mln. TRY həcmindəki xalis mənfəəti “Ziraat Yatırım”ın (191 mln. TRY), həm də bazar gözləntilərindən (135 mln. TRY) aşağı olsa da, 2014-cü ilin eyni rübünə (4 mln. TRY) nisbətən xeyli artıb.petkim

Hesabatda qeyd olunub ki, “Petkim”in satış gəlirləri ötən ilin IV rübündə 2014-cü ilin son rübünə nisbətən 40% artaraq 1 157 mln. lirə təşkil edib: “Satış həcminin ton hesabı ilə 58,4% artmasına baxmayaraq, neft-kimya məhsullarının qiymətindəki eniş gəlir artımının daha az olmasına təsir edib”.

Bundan əlavə, satış xərclərindəki daha aşağı artımla əlaqədar olaraq şirkət 2014-cü ilin IV rübündəki 23 mln. lirəlik zərərlə üzləşsə də, ötən ilin son rübündə 155 mln. lirə həcmində vergi öncəsi gəlir əldə edib.

Qeyd olunub ki, 2016-cı ilin ilk iki ayında etilen nafta fərqinin güclənməsi və neftin qiymətindəki eniş “Petkim”in 2016-cı il gəlirliliyinin də güclü olacağına işarət edir.

Report

Son xəbərlər
Digər xəbərlər