Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədrinə müşavir təyin edilib.
Banker.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun əmri ilə Ziya Zəfər oğlu Əliyev bu vəzifəyə təyin edilib.
- 1977-ci ildə – Masallı rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
- 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
- Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentində aparıcı iqtisadçı vəzifəsində başlamışdır.
- 2002-2005-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir.
- 2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankının İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Makroiqtisadi təhlil və inflyasiya icmalı şöbəsinin rəisi vəzifəsində işləmişdir.
- 2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar və statistika departamentinin direktor müavini vəzifəsində işləmişdir.
- 2008-2009-cu illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar departamentinin direktoru müavini vəzifəsində işləmişdir.
- 2010-cu ildə ABŞ-ın Villiams Kollecinin İqtisadi İnkişaf Mərkəzində “İqtisadi siyasət” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
- 2010-2012-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankın Strateji idarəetmə departamentinin direktoru vəzifəsində işləmişdir.
- 2012–cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
- 2013-cü ilin yanvar ayından 2025-cü ilin fevral ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləmişdir.
- 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir.
- Ailəlidir, 2 övladı var.