29 C
Baku
Monday, June 24, 2024

Ziya Əliyev: Son illər ölkədə baş verən təbii fəlakətlər əhaliyə 1 mlrd. manata yaxın ziyan vurub

Son 15 ildə Azərbaycanda dağıdıcı təsirə, böyük həcmli zərərlərə səbəb olan təbii hadisələr baş verib.

Bunu “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib.

O bildirib ki, 2009-cu ildə Kür-Araz çaylarının daşması, 2012-ci ildə Zaqatala və ətraf rayonlarda zəlzələ, 2019-u ildə Şamaxı və ətraf rayonlarda baş verən zəlzələ nəticəsində əhali ümumilikdə 1 mlrd. manata yaxın zərərlə qarşılaşıb. Bu zərərlərin hamısı dövlət büdcəsindən qarşılanıb.

“Katastrofik hallar zamanı yaranmış zərərlərın qarşılanmasına dövlətin maliyyə yükünün azaldılması üçün sığorta mexanizmlərinin inkişafı vacibdir. Bunun üçün sığorta təminatına alınacaq risklərin düzgün qiymətləndirilməsi də vacibdir. Bu baxımdan bugünkü konfrans, T-rupt şirkəti ilə bərabər çalışmaq istədiyimiz layihənin ölkə üçün əhəmiyyəti böyükdür. Ölkəmizdə zəlzələ risklərinin qiymətləndirilməsi layihəsi bir sıra yerli qurumlarla, təcrübəli ekspertlərlə bərabər çalışmağımızı tələb edir. Zəlzələ ehtimalının ölçülməsi, dağıntı risklərinin qiymətləndirilməsi müvafiq risk amilləri ilə bağlı etibarlı məlumatların əldə edilməsini vacib edir. Ona görə də bir sıra əlaqədar yerli dövlət qurumlarının ölkəmiz üçün xüsusi əhəmiyyətə malik bu layihəyə yaxından dəstək vermələrini xahiş edirik” – Ziya Əliyev əlavə edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər