8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Ziyad Səmədzadə Nəsimi rayonunun bir qrup sakini ilə görüşüb – Foto

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin təbliğat-təşviqat kampaniyası uğurlu şəkildə davam edir.

Belə ki, deputatlığa namizədin Seçki Dairəsinə daxil olan Nəsimi rayonunun bir qrup sakini ilə izdihamlı görüşü baş tutub.

Görüş həddindən artıq səmimi və işgüzar şəraitdə keçib.

Görüş iştirakçıları deputatlığa namizədi hərarətlə və sevgi ilə qarşılayıblar.

Görüşdə çıxış edən Z. Səmədzadə ilk öncə seçiciləri, Dairə sakinlərini özünün seçki platforması ilə tanış edib.

Sonra görüşdə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə, o cümlədən, paytaxt Bakı şəhərində son illərdə görülən işlərdən, atılan addımlardan, əldə edilən nailiyyətlərdən, infrastruktur layihələrindən, Bakının gözəlləşməsindən, gündən-günə simasını dəyişməsindən danışılıb və bu proseslər müsbət qiymətləndirilib. Eyni zamanda, şəhər nəqliyyatının-ictimai nəqliyyatın təkmilləşdirilməsi istiqamətində atılan addımlarla bağlı görüş iştirakçılarına onları maraqlandıran məsələrlə bağlı geniş izahat verilib.

Görüşdə bir daha vurğulanıb ki, Azərbaycan dövləti və dövlətçiliyinin bundan sonra da inkişaf etdirilməsi, islahatların daha da dərinləşdirilməsi, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ölkənin ali qanunverici orqanında peşəkarlara-hüquqşünaslara, iqtisadçılara, politoloqlara ciddi ehtiyac var.

Həmçinin, görüş iştirakçıları tərəfindən deputatlığa namizədin bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilib və belə bir əminlik ifadə olunub ki, qanunvericiliyin təkmilləşdirilməsi, milli maraqlar nəzərə alınmaqla, beynəlxalq standartlara uyğunlaşdırılması prosesində Z. Səmədzadənin də iştirakına ehtiyac var.

Görüş iştirakçıları birmənalı şəkildə onu da qeyd ediblər ki, bu görüş yaddaqalan, unudulmaz və gələcəyə ümid verən bir görüş kimi yaddaşlarından silinməyəcək.

ziyad samedzade 020220 6ziyad samedzade 020220 4ziyad samedzade 020220 3ziyad samedzade 020220 2ziyad samedzade 020220 8ziyad samedzade 020220 9

Son xəbərlər
Oxşar xəbərlər
X