10 C
Baku
Thursday, December 12, 2024

Ziyad Səmədzadə bank sektorundakı konsolidasiyanı dəstəkləyib

“Bank sektorunda konsolidasiya aparılmalıdır”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

“Bəzi kommersiya banklarında problemlər var, onların fəaliyyəti sağlamlaşdırılmalıdır”, – deyə Z. Səmədzadə bildirib.

Millət vəkili qeyd edib ki, kommersiya bankları kreditləşmə siyasətində real sektora daha çox üstünlük verməlidir: “Real sektora yönələn kreditlər üzrə faiz dərəcəsi də azaldılmalıdır”.

O əlavə edib ki, banklar regionlarda ipoteka kreditləşməsini aktivləşdirməlidir. Onun fikrincə, bu addım regionları, onların iqtisadiyyatını canlandıracaq.

APA

Son xəbərlər
Digər xəbərlər