12 C
Baku
Wednesday, December 11, 2024

Zlatan İbrahimoviç 2,7 mln. avroya İsveç meşəsində hektarlarla torpaq sahəsi aldı

“Milanın” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç İsveçin meşə ərazisində 1000 hektar torpaq sahəsi alıb.

Bu barədə “Aftonbladet” xəbər verir.

Bildirilir ki, torpaq sahəsi ötən ilin yayında, futbolçu ABŞ-ın “Los-Anceles Qelaksi” klubunda çıxış edərkən alınıb. Torpaq sahəsi “Persson Invest” şirkətindən 30 milyon İsveç kronası və ya 2,7 milyon avroya əldə edilib.

Artıq Zlatan bu ərazidə bir neçə obyektlə malikdir. Dağ yaxınlığındakı böyük villadan əlavə olaraq, futbolçu həmçinin göldə ovçu evinə sahibdir. İndi isə onun yaxınlığında torpaq sahəsi də futbolçunun mülkiyyətinə keçib. Daha əvvəl məlum oldu ki, Zlatan ovla, balıq tutmaqla və aktiv istirahətlə maraqlanır.

İbrahimoviç İtaliyada koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin müddətində İsveçə qayıtıb. O, “Hammarbyu” ilə məşq edir. Futbolçu bu klubun səhminin 25%-ə sahibdir.

©Report

Son xəbərlər
Digər xəbərlər