“Zoom Video Communications” şirkəti məhkəmə mübahisəsini həll etmək üçün istifadəçilərə milyonlarla dollar təzminat ödəyəcək.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, iddiaçılar onu “Facebook”a məlumat ötürməkdə, o cümlədən istifadəçiləri hakker hücumlarından qoruya bilməməkdə günahlandırırlar.
Tərəflərin gəldiyi razılığa əsasən, “Zoom” ödənişli abunə sahiblərinə 25 dollar, digər istifadəçilərə isə 15 dollar təzminat ödəyəcək. Təzminatın ümumi məbləği 85 milyon dollar təşkil edəcək.
Bununla yanaşı, “Zoom” məxfilik siyasətini təkmilləşdirəcək. Müqavilə rayon hakiminin təsdiqindən sonra qüvvəyə minəcək.