“Zoom” nitqi tərcümə edən texnologiya inkişafetdiricisini alıb

“Zoom” şirkəti real vaxtda nitqi tərcümə edən texnologiya inkişafetdiricisi Almaniyanın “Kites” startapını alıb.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, Amerikanın videokonfrans təşkilatçısı müqavilə imzaladığını açıqlayıb. Razılaşmanın şərtləri açıqlanmayıb.

“Zoom” “Kites” texnologiyasını öz xidmətinə inteqrasiya etməyi planlaşdırır. Eyni zamanda alman şirkəti əsasında xidmət Almaniyada tədqiqat və inkişaf mərkəzi açmağı planlaşdırır.

“Kites” 2015-ci ildə Almaniyada Aleks Vaybel və Sebastyan Ştüker tərəfindən yaradılıb. Şirkət akademik dairələrdə və hökumətdə istifadə olunan tərcümə texnologiyasını inkişaf etdirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.