19 C
Baku
Saturday, October 25, 2025

“Zoom” ödənişli onlayn tədbirlər üçün yeni xidmət yaratdı

“Zoom” ödənişli onlayn tədbirlər üçün OnZoom xidmətini yaradıb. Xatırladaq ki, daha əvvəl bu xidmətin beta versiyası məhdud sayda insanlar üçün əlçatan olub. Banker.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat verib.

OnZoom hər kəsə lisenziyadan asılı olaraq 100 və ya 1000 nəfərədək iştirakçı ilə tədbir keçirməyə və bu tədbirlərə bilet satmağa imkan verir.

Qeyd edildiyi kimi, biletləri PayPal və ya bank kartı vasitəsilə almaq mümkün olacaq. Gələcəkdə şirkət ödəmənin digər variantlarını da əlavə etməyi planlaşdırır. Qeyri-kommersiya təşkilatları OnZoom vasitəsi ilə ianələr qəbul edə biləcəklər. Bunun üçün OnZoom xidməti Pledgeling ilə əməkdaşlıq edir.

Onlayn tədbirlərin nüanslarını öyrənmək üçün xidmətin rəsmi veb-saytına nəzər yetirə bilərsiniz. Hal-hazırda yalnız ABŞ istifadəçiləri OnZoom-dan istifadə edə bilər. Şirkət 2021-ci ilə qədər digər ölkələrdə də genişləndirməyi planlaşdırır.

Bundan əlavə, “Zoom” yeni funksiya təqdim edib – Zapps. Onun əsas məqsədi digər tətbiqlərin “Zoom”a inteqrasiyasını təmin etməkdir. Şirkəti Asana, Atlassian, Dropbox, Hubspot, Slack və digər alətləri inteqrasiya edib (cəmi 35 xidmət var).

Son xəbərlər
Digər xəbərlər