7 C
Baku
Thursday, December 12, 2024

“Zoom” texnologiyasından istifadə edən startaplar üçün 100 mln. dollarlıq fond yaradılıb

“Zoom” onun texnologiyalarından istifadə edən startaplara dəstək olmaq üçün 100 milyon dollarlıq fond yaradıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, şirkət fonda 250 min dollardan 2.5 milyon dollara qədər maliyyə yatıracaq.

İnvestisiyanı ilk növbədə istifadəçilərə “dəyərli və cəlbedici təcrübə” təqdim edə bilən və bazarda kiçik paya sahib olan startaplar alacaq. Bununla da şirkət videozəng platforması ətrafındakı ekosistemin böyüməsini təmin etmək, o cümlədən “Zoom” texnologiyasından istifadəni təşviq etmək istəyir.

Hal-hazırda bir neçə Zoom-tətbiqi inkişaf etdirilir. Şirkətin qeyd etdiyi kimi, yeni ideyalar insanlar arasındakı ünsiyyəti daha “məhsuldar və əyləncəli” edir.

Xatırladaq ki, 2020-ci ilin oktyabr ayında “Zoom” yeni “Zapps” platformasını təqdim etmişdir. Bu platforma “Zoom”da istənilən xidmət yaratmağa imkan verir. Məsələn, istifadəçilərin konfrans pəncərəsində həm “Asana”, həm “Slack”, həm də “Dropbox”u aça bilməsi üçün.

2021-ci ildə şirkət inkişafetdiricilər üçün SDK-alətlər buraxıb ki, bu da “Zoom”un funksiyalarını öz məhsullarına yeritməyi imkan verir.

Son xəbərlər
Digər xəbərlər