2 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Zoom” videozəngləri şifrələmək üçün “Keybase” startapını satın alır

“Zoom” xidməti istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün videozəngləri şifrələyəcək: şirkət Nyu-Yorkun şifrələmə texnologiyasına sahibolan “Keybase” startapını satın alıb.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Bu, şirkətin 9 il əvvəl qurulmasına baxmayaraq, ilk satınalmasıdır. CNBC-nin verdiyi məlumata görə, “Keybase” startapı proqramdakı təhlükəsizlik qüsurlarının operativ düzəldilməsi üçün 90 günlük planın bir hissəsidir.

“Keybase” startapının texnologiyası “Zoom” da edilən videozənglərə adi telefon ilə qoşulmanı, habelə söhbətin “buludda” saxlamağı mümkünsüz edəcək.

Şifrələmə texnologiyası messencerlərdə geniş istifadə edilsə də, onun çox sayda iştirakçı ilə real vaxt rejimində videokonfrans üçün istifadəsi texnoloji cəhətdən çətindir. Məsələn, “WhatsApp” real vaxt rejimində səkkiz nəfərdən çox videozəngə qoşula bilməz. Şifrəli videozəngləri təqdim edəcəyinə “Telegram” da söz verib

Son xəbərlər
Oxşar xəbərlər