14 C
Baku
Sunday, November 23, 2025

“Zoom” yeni nəsil korporativ elektron poçt üzərində işləyir

“Zoom” korporativ elektron poçt xidmətinin inkişaf etdirilməsinə başlayıb və artıq 2021-ci ildə bəzi müştərilərə sınaq testinin ilkin nəticələrini göstərməyə hazır olduğunu açıqlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə məsələ ilə tanış olan “The Information” bildirib.

Verilən məlumata görə, “Zoom” həm də elektron təqvimin yaradılması ideyasını müzakirə edir. Qeyd edək ki, bu layihələr hələ inkişafın ilkin mərhələsindədirlər. Şirkət şərh verməkdən imtina edib.

Məlumdur ki, “Zoom”un baş direktoru Erik Yuan videokonfrans xidmətini komanda işi üçün platformaya çevirməyi planlaşdırır. Onun əsas məqsədi “yeni nəsil” elektron poçtun necə görünəcəyini müəyyənləşdirməkdir.

Əlbəttə, “Zoom” bu bazarın əsas oyunçuları olan “Microsoft” və “Google” ilə sərt rəqabət aparmalı olacaq. Üstəlik, şirkət xidmətin təhlükəsizliyi problemi ilə üzləşəcək.

“Zoom” Covid-19 pandemiyasından udan şirkətlərdən biridir: cari ilin üçüncü rübündə şirkətin gəlir səviyyəsi demək olar ki, 100 dəfə artıb – 2.2 milyon dollardan 198.4 milyon dollara qədər. Rüblük gəlir yeni rekordu qırıb – 777.3 milyon dollar (36% artım).

Son xəbərlər
Digər xəbərlər